Dünya Minifutbol Federasiyasının prezidenti: Bakının mundiala yüksək səviyyədə ev sahibliyi edəcəyinə inanıram
Bakı, 12 mart, AZƏRTAC
“Azərbaycan minifutbolun inkişaf etdiyi ölkədir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dünya Minifutbol Federasiyasının prezidenti Filip Yuda Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlaması zamanı deyib.
O, Bakının mundiala yüksək səviyyədə ev sahibliyi edəcəyinə inandığını vurğulayıb.
“Azərbaycan Minifutbol Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Onlar bu idman növünün inkişafı üçün müxtəlif tədbirlər həyata keçiriblər”, - deyə Filip Yuda vurğulayıb.
Funksioner ötən gün minifutbol üzrə Azərbaycan çempionatında “Zirə” və “Birbaşa Bakı” komandaları arasında baş tutan final qarşılaşmasını izlədiyini də qeyd edib: “Çox möhtəşəm və gərgin matç idi”.
Qeyd edək ki, turnir mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]