DÜNYANIN 20 YAŞINADƏK ƏN YAXŞI ŞAHMATÇILARININ SİYAHISINA AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ BAŞÇILIQ EDİRLƏR
Respublika Şahmat Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, FİDE-nin aprelin 1-nə dərc olunmuş reytinq siyahısında Azərbaycan şahmatçıları öz mövqelərini xeyli möhkəmlətmişlər. Teymur Rəcəbov məşhur Linares turnirində uğurlu çıxışından sonra öz əmsalına daha 14 bənd əlavə edərək, onu 2670-ə çatdırmış və yanvarın 1-nə nisbətən daha dörd pillə irəliləmişdir. Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə Moskvada keçirilən “Aeroflot” turnirindəki yüksək səviyyəli oyunu sayəsində əmsalını 2657-ə qaldıraraq, dünya şahmatçıları sırasında 40-cı pilləyə yüksəlmişdir.
Nəhayət, FİDE-nin dərc etdiyi 20 yaşadək gənclərin 20 nəfərlik siyahısında 1-2-ci yerləri Teymur və Şəhriyar tuturlar.
Bu siyahıda Azərbaycanın daha iki şahmatçısı – dəfələrlə gənclər arasında dünya və Avropa çempionatlarının mükafatçısı Vüqar Həşimov, habelə Fərhad Tahirov da var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:46]
“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub
- 28.09.2026 [14:46]
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]