Dünyaya sığmayan ən ağır dərdimizdir Xocalı
Bakı, 26 fevral (AZƏRTAC). 1992-ci il fevralın 26-da xalqımız taleyinin ən ağır və acılı anlarından birini yaşadı. Xocalı faciəsi insanlığa qarşı tarixi cinayətdir. Xocalılılar bu amansız soyqırımı günündə özlərini əsl qəhrəman kimi aparmış, erməni faşistlərinə qarşı mətanətlə döyüşmüş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifə yazmışlar.
AZƏRTAC xəbər verir ki, bu sözləri Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən, Xocalıda yaralanan Arif Məhərrəmov bildirmişdir.
A.Məhərrəmov ürək yanğısı ilə demişdir: Xocalı deyəndə ürəklər od tutub yanır, gözlər qanlı yaş tökür. Xocalı deyəndə qəlblərdə intiqam hissi alovlanır. Dünyaya sığmayan ən ağır dərdimizdir Xocalı. O müdhiş, yerin-göyün nalə çəkib ağladığı, fəryad qopardığı o gecedən neçə illər keçmişdir. Amma yaralar açıq qalmış, tükürpərdən himnə çevrilmişdir Xocalı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]