Düşərgə iştirakçısı: Xankəndi şəhərində olmaq mənim üçün böyük fəxarətdir VİDEO
Xankəndi, 4 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
İtaliyanın Genuya şəhərindən yaşayıram. Beynəlxalq təhlükəsizlik və siyasi araşdırmalar üzrə tədqiqatçıyam. Doktoranturada təhsil alıram. Bu gün Azərbaycanın Xankəndi şəhərində olmaq hər bir Azərbaycan gənci kimi mənim üçün də böyük qürur və fəxarətdir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinə İtaliyadan qatılan Toğrul Əliyev deyib.
“Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Ordumuzun azad etdiyi torpaqlarımızda quruculuq işlərinin sürətlə aparılması bizim üçün böyük fəxarət hissi doğurur. Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak edirəm. “Konstitusiya və Suverenlik İli” ilə bağlı təşkil edilən bu tədbirdə çoxsaylı görüşlərimiz olacaq. Eyni zamanda, Azərbaycanın milli-mədəni dəyərləri ilə yaxından tanış olacağıq. Dünyanın dörd bir yanından gəlmiş yüzdən artıq azərbaycanlı gənc burada öz milli-mənəvi dəyərlərinə, kökünə, etnik kimliyinə yenidən sahib olur və bu dəyərləri mənimsəyir”, - deyə o bildirib.