Düşmən təcavüzü nəticəsində daha bir məktəbə ziyan dəyib
Bakı, 14 oktyabr, AZƏRTAC
Düşmən təcavüzü nəticəsində daha bir ümumi təhsil müəssisəsi dağıntılara məruz qalıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində Düyərli kənd ümumi orta məktəbinə ziyan dəyib. Məktəbin həyətinə top mərmisinin düşməsi nəticəsində təhsil müəssisəsinin tədris korpusu yararsız hala düşüb.
Xatırladaq ki, bu günədək 40-a yaxın ümumi təhsil müəssisəsinə düşmən təcavüzü nəticəsində zərər dəyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:26]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
- 28.09.2026 [18:03]