ƏƏSMN-ın əməkdaşlarına medal və vəsiqələr təqdim olunub
Bakı, 27 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin 2023-cü il 16 iyun və 22 iyun tarixli sərəncamları ilə səhiyyə sahəsində və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşlarına vəsiqə və medallar təqdim olunub.
AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təltiflərin dövlət başçısının nazirlik əməkdaşlarının əməyinə verdiyi yüksək dəyərin təzahürü olduğunu vurğulayıb.
Nazir göstərilən diqqət və qayğıya görə kollektiv adından Prezidentə minnətdarlığını ifadə edib.
Sonra təltif olunmuş nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub.