Əfqanıstan hakimiyyəti “Taliban” ilə razılaşma əldə olunduğu barədə məlumatları təkzib edib
Bakı, 6 oktyabr, AZƏRTAC
Qətərin paytaxtı Dohada aparılan danışıqlarda Əfqanıstan hakimiyyəti və “Taliban” hərəkatı arasında prosedur məsələləri üzrə heç bir razılıq əldə olunmayıb.
AZƏRTAC 1TV telekanalına istinadla xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin Doha şəhərindəki nümayəndə heyətinin üzvü deyib. Məlumata əsasən, nümayəndə heyətləri arasında prosedur məsələlərinə dair fikir ayrılığı hələ də qalır.
Bir qədər əvvəl “Reuters” agentliyi Qətərin paytaxtında Əfqanıstanı hökumətinin nümayəndə heyəti və taliblər arasında sülh prosesi üzrə danışıqların aparılması qaydaları barədə razılıq əldə olunmasına dair məlumat yaymışdı.
Qeyd edək ki, sentyabrın 12-də Doha şəhərində Əfqanıstan hökuməti və “Taliban” hərəkatı arasında sülh danışıqları başlayıb. Danışıqlar prosesi çərçivəsində hər iki tərəfin kontakt qrupları arasında baş tutan görüş zamanı Əfqanıstanda sülhün bərqərar olunması barədə dialoq konsepsiyası üzrə məsələlərin əksəriyyəti barədə razılaşma əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]