Əhalinin sağlamlığı observatoriyasının formalaşmasının elmi-nəzəri problemləri araşdırılır
Bakı, 29 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsasları araşdırılıb. Bu istiqamətdə “Səhiyyə 4.0” mühitində əhalinin sağlamlığı observatoriyasının formalaşması problemləri üzrə tədqiqatlar davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova məlumat verib. Alim “Məkan üzrə əhalinin sağlamlığı və demoqrafik təhlükəsizliyinin qiymətləndirilməsi” mövzusu üzrə IoT əsaslı paylanmış tibbi monitorinq sistemində sağlamlığın idarə olunması qərarlarının qəbulu, süni intellekt texnologiyaları əsasında məkan üzrə əhalinin tibbi-demoqrafik təhlükəsizliyinin qiymətləndirilməsi metodunun işlənməsi, Azərbaycanın tibbi-demoqrafik profilinin müəyyənləşdirilməsi üçün “ağıllı” statistik məlumat bazasının formalaşdırılması və maşın təlimi metodları əsasında tədqiqatların aparıldığını bildirib.
Onun sözlərinə görə, Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının həkimləri ilə birgə qaraciyər xəstəlikləri üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistem işlənib. Hepatosellular karsinoma (HSK) xəstəliyinin diaqnostikası üçün maşın təlimi metodlarının tətbiqi ilə gen cütü oxşarlığına əsaslanan HSK-nin erkən diaqnostikası alqoritmi yaradılıb. Daha informativ göstəricilərin təyini ilə HSK-nin effektiv proqnozlaşdırılması metodu seçilib. Hazırda intellektual diaqnostika sisteminin verilənlər bazasının formalaşdırılması və s. ilə bağlı işlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]