Ehtiyat zabit hazırlığı kursunda buraxılış imtahanları keçirilib
Bakı, 2 mart, AZƏRTAC
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ehtiyat zabit hazırlığı kursunda iştirak edən şəxsi heyətin buraxılış imtahanı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, imtahanlarda nazirliyin nümayəndələri iştirak ediblər.
İmtahanlarda kursantlardan fiziki hazırlıq üzrə məqbullar qəbul edilib, onların nəzəri bilikləri yoxlanılıb və müxtəlif çaplı silahlardan atış normativləri yerinə yetirilib.