Ekologiya və təbii sərvətlər naziri İsmayıllı şəhərində vətəndaşları qəbul edəcəkdir
Bakı, 20 may (AZƏRTAC). Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mayın 30-da İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcəkdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qəbulda İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “Qaynar xətt”i, həmçinin 11 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]