Ekologiya və Təbii Sərvətlər Nazirli meşələrdə baş vermiş yanğınla bağlı məlumat yayıb
Bakı, 4 avqust (AZƏRTAC). Avqustun 3-də Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 14-cü dolayında ildırım nəticəsində baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq yerli qurumları əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə dəstələrinin səyləri nəticəsində saat 19 radələrində söndürülüb.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın 0,07 hektar ərazini əhatə edib. Hazırda yanğına məruz qalmış ərazilər yenidən alovlanma ehtimalı nəzərə alınaraq nəzarətə götürülüb.
Eyni zamanda, həmin gün saat 15 radələrində Şahdağ Milli Parkının Qəbələ bölməsinin Bum meşəbəyliyinin 10-cu dolayında da yanğın hadisəsi baş verib. Hazırda ETSN-in əməkdaşları, o cümlədən FHN-in canlı qüvvəsi və aviasiya dəstəsi yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]