Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət araşdırılıb
Bakı, 6 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nərimanov rayonu, Araz küçəsi 3 ünvanında fəaliyyət göstərən müəssisə tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayəti nazirliyin mütəxəssisləri yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı havaya tullantıların həmin ərazidə fəaliyyət göstərən “Buz Metal” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən atıldığı müəyyən edilib. Atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının artıq olduğu müəyyənləşib.
Faktla bağlı cəmiyyətin direktoru Məmməd Ələkbərov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 3000 manat məbləğində cərimə olunub. Qanun pozuntusunun aradan qaldırılması üçün “Buz Metal” MMC-yə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]