Ekoloji qanunvericiliyin tələblərinə əməl etməyənlər cərimələnmişlər
Bakı, 11 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları aprelin 15-dən 30-dək hüquqi və fiziki şəxslərin ekoloji qanunvericiliyin tələblərinə riayət etməsini yoxlamaq məqsədi ilə araşdırma aparmışlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, araşdırma zamanı su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsində, o cümlədən ətraf mühitə məişət və istehsalat tullantılarının atılması sahəsində bir sıra nöqsanlar müəyyən edilmişdir. Qanun pozuntularına görə 171 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün 45 müddətli məcburi göstəriş verilmişdir.
Ümumilikdə hüquqi və fiziki şəxslərə 86 min 770 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 3 min 538,11 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə isə 68 min 594,82 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 8, icra qurumlarına isə 18 iş göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]