Ekvatorial Qvineyada partlayış qurbanlarının sayı 30 nəfərə çatıb
Bakı, 8 mart, AZƏRTAC
Ekvatorial Qvineyada hərbi bazada silsilə partlayışlar nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb, 500-dən çox insan yaralanıb.
AZƏRTAC yerli AhoraEg portalına istinadla xəbər verir ki, bu gün dağıntılar altından daha 13 nəfərin cəsədi çıxarılıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Güclü partlayışlar bazar günü ölkənin şimal-qərbindəki Bata şəhərində baş verib. Nəticədə ərazidəki bütün yaşayış binaları dağılıb və ya zədələnib. Ölkə Prezidentinin sözlərinə görə, faciəyə hərbçilərin səhlənkarlığı və fermerlərin biganəliyi səbəb olub. Belə ki, yandırılan ocağın alovu hərbi anbarlara sıçrayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]