SİYASƏT
ELAN
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 27 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsi və Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi ləğv edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 29 dekabr tarixli sərəncamı ilə yaradılmış ləğvetmə Komissiyası bu elan dərc olunduğu gündən 2 (iki) ay müddətində Dövlət Elm və Texnika Komitəsinə və Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinə dair kreditorların iddialarını qəbul edir.
Ünvan: 370125, Bakı şəhəri, Y.Səfərov küçəsi 20, telefon: 90-23-74.