ƏLİL AİLƏSİ ÜÇÜN YENİ EV TİKİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Culfa rayonunun Əbrəqunus kəndində Qarabağ müharibəsi əlili Yəhya Əsgərovun ailəsi üçün yeni evin istifadəyə verilməsi münasibətilə mərasim keçirilmişdir.
Mərasimdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov iştirak etmişdir. Y.Əsgərova mebel və “Beko” markalı rəngli televizor hədiyyə olunmuşdur.