Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi ilə bağlı layihə yekunlaşıb

Bakı, 23 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də "Əlil Qadınlar Cəmiyyəti" İctimai Birliyinin 2022-2025-ci illəri əhatə edən "Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi" layihəsinin yekununa həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, BMT-nin Qadınlara qarşı zorakılığın aradan qaldırılması üzrə Etimad Fondu tərəfindən maliyyələşdirilən layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər nəticəsində müxtəlif bölgələrdə yaşayan, əlilliyi olan qadın və qızların sosial xidmətlərə çıxış imkanları genişləndirilib, hüquqi bilikləri artırılıb və sosial inklüzivlik sahəsində mühüm irəliləyişlər əldə olunub.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ərazi bütövlüyümüz və suverenliyimiz naminə canlarından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreeva 1986-cı ildə yaradılan Etimad Fondunun təkcə keçən il təqribən 14 milyon insanı əhatə etdiyini diqqətə çatdırıb: "Azərbaycan da qlobal xəritənin bir hissəsidir. Həmin fond 40 minə qədər qadın və qızları dəstəkləyib, onların parlamasına və müxtəlif imkanlara çıxış əldə etməsinə kömək edib. Qadınlara qarşı zorakılıq hər üç qadından birinə təsir edir. Əlil qadın və qızların zorakılıqla üzləşməsi halları bundan 2-3 dəfə çoxdur. Bir əl əlil qadın və qızların güclənməsinə, onların imkanlara çıxış əldə etməsinə kömək etməlidir, digər yandan inklüziv cəmiyyətin qurulmasına dəstək göstərilməlidir. Bu layihə çərçivəsində daha çox qadın və qızlar öz hüquqları barədə maariflənmiş oldular. Onlar nə qədər maariflənsələr, bir o qədər də ictimai xidmətlərə çıxış əldə etmiş olarlar. Belə layihələr nəticəsində cəmiyyətdə qadın və qızlara qarşı olan stereotiplər də aradan qalxmağa, birgə cəmiyyət formalaşmağa başlayır".

Daha sonra çıxış edən layihənin rəhbəri, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova bildirib ki, 3 il davam edən layihə zamanı dövlət qurumlarının əməkdaşlarına etik təlimlər, əlilliyi olan şəxslərə isə hüquqlarını aşılamaq üçün seminarlar keçirilib. 24 dövlət qurumu ilə koordinasiya şurası qurulub, mobil dəstək proqramı yaradılıb. "Layihə Bakı və Gəncə şəhərlərini, o cümlədən Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edib. 4 min 500-dən çox əlilliyi olan qadın və qız həmin proqramdan bəhrələniblər. Əlilliyi olan qadın və qızların problemləri ilə əlaqəli olan qurumların iştirakı ilə videotəlimat hazırlanıb. BMT-nin Baş İdarəsi həmin videotəlimatdan dünya çərçivəsində istifadə üçün müraciət edib. Həmçinin biz üç kitab nəşr etdirdik. Həmin kitablardan bütün əlilliyi olan insanlar istifadə edə bilərlər. Biz həmin layihə çərçivəsində 500 əlilliyi olan qadın və qız arasında sorğular keçirdik. Böyük işlər görüldü. Bizimlə birgə fəaliyyət göstərən qurumlara minnətdaram. Düşünürəm ki, koordinasiya şurasında birləşən, təlimlərdə iştirak edən, bizimlə birgə olan dövlət qurumları bundan sonra da əlilliyi olan qadınların yanında olacaqlar", - deyə M.Rəhimova vurğulayıb.

Etika Akademiyasının direktoru Günel İbrahim "Əlilliyi olan şəxslər ilə peşəkar etik ünsiyyət qaydaları", təlim üzrə mütəxəssis İradə Rizazadə "Hüquqi maarifləndirmə, sosial dəstək və gücləndirmə" mövzularında təqdimatla çıxış ediblər.

"Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Elnarə Dərziyevanın sözlərinə görə, layihə minlərlə qadın və qızın həyatında real dəyişikliklərə səbəb olub. “Onlar dövlət qurumlarına müraciət edərkən artıq daha hörmətli münasibət görür və daha rahat xidmət alırlar. Bu, onların cəmiyyətdə özünəinamını artırır. Layihə cəmiyyətimizdə stereotiplərin qırılmasına və əlilliyi olan qadınların yalnız yardım alan deyil, ictimai həyatın fəal üzvü kimi qəbul edilməsinə töhfə verib. İctimai müzakirələrdə, dəyirmi masalarda, eləcə də media məhsulları tərəfindən bu mövzu gündəmdə saxlanılıb. Ən mühüm nailiyyətlərdən biri dövlət qurumlarında etik ünsiyyət standartlarının tətbiqinə başlanması olub. 692-dən çox dövlət qulluqçusu və sosial xidmət işçisi bu təlimlərdən faydalanıb, onların 295-i bacarıqlarında ciddi irəliləyiş olduğunu təsdiqləyiblər. Bu layihə yalnız üç illik təşəbbüs deyil, gələcək üçün davamlı modelin başlanğıcıdır. Bakıda, Gəncədə və Qubada yaradılmış Koordinasiya Şuraları fəaliyyətini davam etdirəcək və əlilliyi olan qadınların səsini dövlət orqanlarına çatdırmağa davam edəcək. Hazırlanmış təlimat kitabçaları və metodik vəsaitlər artıq bəzi qurumlarda tətbiq olunmağa başlayıb. Həmin modelin ölkə üzrə genişləndirilməsi, bütün regionlarda qadın və qızların xidmətlərə bərabər çıxışının təmin edilməsi vacibdir. Əlavə olaraq, bu üçillik layihə çərçivəsində bizə ölkədə fəaliyyət göstərən çox sayda media qurumları dəstək olub. 300-ə yaxın məlumat hazırlanaraq informasiya agentliklərində yayımlanıb. Bununla yanaşı, hər il görülən işlərlə bağlı televiziya proqramı hazırlanaraq yayımlanıb. Ölkə üzrə təqribən 20 min izləyici bu maarifləndirici verilişlərdən yararlanıb", - deyə o vurğulayıb.

Daha sonra layihəyə dəstək göstərmiş tərəfdaş qurumlar mükafatlandırılıb. Bu çərçivədə AZƏRTAC da təltifə layiq görülüb.

Tədbirdə layihə çərçivəsində hazırlanmış videotəlimat da nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub VİDEO

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir