Elm və Təhsil Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, nazirliyin kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkında olub. Parkın girişindəki xatirə daşının önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.