Elnur Bağırov: Elektron satınalmaların genişlənməsi şəffaflığı və audit imkanlarını artırır
Bakı, 1 iyul, AZƏRTAC
Dövlət satınalmalarının elektronlaşdırılması satınalma sistemində şəffaflığın və səmərəliliyin artırılmasına mühüm töhfə verir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Ali Audit Qurumların Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun Bakıda keçirilən illik toplantısındakı çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlət satınalmalarının vahid internet portalının funksionallığının genişləndirilməsi satınalma proseslərinin daha əlçatan və operativ həyata keçirilməsinə imkan yaradıb: “2025-ci ildə 2020-ci illə müqayisədə elektron satınalmaların sayı 4,3 dəfə, məbləği isə 5,3 dəfə artıb. Bu göstəricilər rəqəmsal satınalma mexanizmlərinə etimadın yüksəldiyini nümayiş etdirir”.
Agentlik sədri vurğulayıb ki, elektron sənəd dövriyyəsi, dövlət informasiya sistemləri arasında inteqrasiya və inzibati prosedurların sadələşdirilməsi audit imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirir.
Müəllif - Vüqar Qurbanoğlu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]
“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb
- 07.10.2026 [14:53]