ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI MUĞAM LAYİHƏSİNİN REALLAŞMASINDA FƏAL İŞTİRAK EDİRLƏR
Azərbaycanda musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri, orta əsrlərdə yaşamış qüdrətli alim Səfiəddin Urməvinin musiqi nəzəriyyəsindən bəhs edən “Kitabül-ədvar”, “Şərəfiyyə risaləsi”, XV əsr Azərbaycan alimi Fətullah Şirvaninin “Musiqi məcəlləsi” əsərlərinin əlyazma mətnləri institutun əməkdaşları tərəfindən ərəbcədən dilimizə çevrilərək “Şərq-Qərb” nəşriyyatında çap olunmuşdur.
İrihəcmli “Kitabül-ədvar”ı filologiya elmləri namizədi Müqəddəs Payızov, “Şərəfiyyə risaləsi”ni Müzafəddin Əzizov, “Musiqi məcəlləsi” əsərini Əmirşah Əmirəhmədov tərcümə etmişlər.
Hər üç kitabın ixtisas redaktoru, ön sözün və şərhlərin müəllifi əməkdar elm xadimi, professor Zemfira Səfərova, redaktoru filologiya elmləri doktoru Məmməd Adilovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:14]
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi
- 15.10.2026 [12:41]
QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir
- 15.10.2026 [12:20]
Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO
- 15.10.2026 [12:20]
Milli Kitabxanada “Xalq artisti Ramiz Mustafayev - 100” adlı sərgi açılıb
- 15.10.2026 [12:05]