ƏLYAZMALARI İNSTİTUTUNUN YENİ NƏŞRİ
Kitabda Qurani-Kərimin ruhundan doğaraq İslam sivilizasiyasında önəmli yer tutan irfan dəyərlərinin qədim kökləri, təkamülü və səciyyəvi özəllikləri ilkin qaynaqlar əsasında araşdırılır.
Burada Azərbaycanın ictimai-tarixi, ideoloji-mədəni, ədəbi-estetik həyatında dərin iz qoymuş və milli mənəvi mənliyimizin ruhuna hopmuş saf Quran və irfan dəyərləri ilə tanışlıq keçmişimizin zəngin irsini düzgün və yetərincə dərk etməyə yardımçı olacaq.
Kitabın elmi redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vasim Məmmədəliyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]