ƏMANƏTLƏRİN VƏ DEPOZİTLƏRİN HƏCMİ 64,2 FAİZ ARTMIŞDIR
Bu il yanvarın 1-dək respublika bankları tərəfindən cəlb olunmuş əmanət və depozitlərin ümumi həcmi 3052,9 milyard manat təşkil etmişdir. Milli Bankın mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu, keçən ilin müvafiq dövründəkinə nisbətən 35,3 faiz çoxdur.
Bu il yanvarın 1-nə fiziki şəxslər tərəfindən banklara 1259,7 milyard manat qoyulmşdur ki, bu da 2003-cü il yanvarın 1-nə olduğundan 64,2 faiz çoxdur.
Həmin müddətdə hüquqi şəxslər tərəfindən banklara 1793,2 milyard manat məbləğində depozitlər qoyulmuşdur ki, bu da keçən ilin müvafiq dövründə olduğundan 20,4 faiz çoxdur.