ƏMƏK QANUNVERİCİLİYİNDƏ AİLƏ QAYĞILARI İLƏ BAĞLI “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİ
“Dəyirmi masa”da çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, Beynəlxalq Əmək Təşkilatının regional bürosunun məşğulluq məsələləri üzrə mütəxəssisi Martina Lyubova və başqaları ailə qayğıları və milli qanunvericilik, əmək qanunvericiliyində ailə qayğıları olan işçilərin mənafeləri, eləcə də analığın qorunması və bir sıra digər məsələlərdən danışmış, Konvensiyaların müddəalarının respublikamızda tətbiq olunması ilə bağlı fikirlərini söyləmişlər.
Tədbirdə müvafiq dövlət qurumlarının, həmkarlar ittifaqlarının, sahibkarlar və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.