Əmək və əhalinin sosial müdafiəsi naziri Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 15 iyul, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iyulun 25-də Daşkəsən rayonunda Daşkəsən və Göygöl rayonlarının sakinlərinin müraciətlərini dinləyəcək.
Həmin gün vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq və onların həlli ilə əlaqədar tədbirlər görüləcək.
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar iyulun 15 –17-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:06]
“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub
- 30.09.2026 [16:46]
Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir
- 30.09.2026 [16:39]
Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir
- 30.09.2026 [15:26]
Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb
- 30.09.2026 [14:59]