Azərbaycan Dövlət İnformasiya Agentliyi

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRİ FÜZULİ ƏLƏKBƏROVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sizin siyasi kursunuza uyğun olaraq qarşımıza qoyduğunuz vəzifələrin icrası üzrə müvafiq tədbirlər həyata keçirmişdir. MDB-də ilk dəfə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət proqramı fəal ünvanlı məşğulluq tədbirlərinin yerinə yetirilməsində, işsizliyin və nəticə etibarilə yoxsulluğun səviyyəsinin aşağı salınması üçün yeni imkanlar yaratmışdır.

Həyata keçirdiyiniz uğurlu siyasət nəticəsində ölkəmizdə işsizlik səviyyəsi 2003-cü ilə nisbətən 4,1 faiz azalaraq, 2007-ci ilin noyabr ayına 6,6 faiz təşkil etmişdir. Məlumat üçün bildirirəm ki, Avropa İttifaqı ölkələrində bu göstərici 8,1 faizdir. 2007-ci ildə məşğulluq xidməti orqanları tərəfindən 30 min 700 nəfər münasib işlə təmin olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz çoxdur. Bununla belə, yeni iş yerlərinin yaradılmasının sürətli artımı fonunda ixtisaslı işçi qüvvəsinə tələbat çoxalmış, məşğulluq xidmətinə fəhlə peşələri üzrə təqdim olunan vakansiyalar son dörd ildə dəfələrlə artmışdır.

İş axtaran və işsiz vətəndaşların peşə hazırlığı işini əmək bazarının real tələblərinə uyğun təşkil etmək məqsədi ilə ilk dəfə keçən il Bakı şəhərində regional tədris mərkəzi yaradılmışdır. Qısa müddət ərzində 650 vətəndaş burada əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmiş və onların 95 faizi işlə təmin edilmişdir. Tezliklə bu tipli tədris mərkəzləri Naxçıvanda və Göyçayda fəaliyyətə başlayacaqdır. Beynəlxalq təcrübə göstərir ki, burada təhsilin model sisteminin tətbiqi nəticəsində təlim müddəti 2, təlim xərcləri isə 2,5 dəfə azdır. Məşğulluq problemlərinin həllində başlıca istiqamətlərdən biri də vakant iş yerlərinə Azərbaycan vətəndaşlarının üstün hüququnun təmin olunması və bu məqsədlə daxili əmək bazarının qeyri-leqal əməkçi miqrantlardan səmərəli qorunmasından ibarətdir.

Nazirlər Kabinetinin 2007-ci il yanvar ayının 22-də keçirilən geniş iclasındakı nitqinizdən irəli gələn vəzifələrin icrası olaraq ölkəmiz əcnəbilər üçün cəlbedici ölkəyə çevrildiyindən gözlənilən əməkçi miqrant axınının tənzimlənməsinə nail olmaq məqsədi ilə nazirlik tərəfindən bir sıra müvafiq işlər həyata keçirilmişdir. Belə ki, əmək miqrasiyası proseslərinin tənzimlənməsi işinin respublikamızın qoşulduğu beynəlxalq konvensiyalara və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanaraq bu sahədəki milli qanunvericiliyin təkmilləşdirilməsi üzrə zəruri təkliflər hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir.

Məlumat üçün bildirmək istərdim ki, əcnəbilərə fərdi icazənin alınmasına görə işəgötürənlər tərəfindən ödənilən dövlət rüsumunun məbləği cəmi 44 manat təşkil edir. Bu isə sahibkarları milli əmək bazarına keyfiyyətsiz və ucuz əcnəbi işçi qüvvəsini cəlb etməyə stimullaşdırır. Problemin aradan qaldırılması məqsədi ilə yeni müvafiq təkliflər hazırlanır. Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyətin gücləndirilməsi ilə bağlı ötən ilin sonunda qəbul edilmiş qanun əcnəbilərin işə qəbulu sahəsində də işəgötürənlərin məsuliyyətini artırmışdır.

2007-ci ilin sonunda müvafiq fərdi icazə əsasında respublikamızda işləyən əcnəbilərin sayı 1783 nəfər olmuşdur ki, bu da ötən ildəkindən 35 faiz çoxdur. Bununla belə, bu rəqəm daxili əmək bazarında iştirak edən əcnəbilərin real sayından dəfələrlə azdır. Sizi əmin edirəm ki, bu sahədə görülən tədbirlər öz müsbət nəticələrini verəcəkdir.

Möhtərəm cənab Prezident!

“Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” Sizin Fərmanınızdan irəli gələn vəzifələr uğurla yerinə yetirilir, əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə icrası məcburi olan 159 göstəriş verilmiş, 10 min 917 nəfərlə əmək müqaviləsi bağlanması təmin edilmiş, əmək haqqı səviyyəsi reallığa uyğun olmayan 5 min 754 nəfər işçinin əmək müqavilələrində müvafiq qaydada dəyişikliklər edilərək əmək haqları artırılmışdır. Bununla yanaşı, aparılan maarifləndirmə işləri nəticəsində bir çox işəgötürənlər öz təşəbbüsləri ilə işçilərlə əmək münasibətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmışlar. Bu isə özəl sektorda sosial məsuliyyətin artmasına təkan vermişdir.

Möhtərəm cənab Prezident!

Hazırda 78 min 92 ailəyə və ya 364 min 59 nəfərə ünvanlı dövlət sosial yardımı verilir. Bütövlükdə ölkəmizi əhatə edən korporativ kompyuter şəbəkəsində müraciət edən ailələr haqqında geniş məlumat bankı yaradılmışdır. Məqsəd bu məlumatlar əsasında hazırlanacaq layihələrlə vətəndaşları yoxsulluq həddindən çıxarmaqdır. Ailələrin yoxsulluq şəraitində yaşamalarına təsir edən amillərin aradan qaldırılması üçün “Aztəminatlı ailələrin sosial reabilitasiyası” adlı proqram hazırlanmış və dörd rayonda pilot layihə kimi sınaqdan keçirilir.

Hesabat dövründə əlillərin sosial müdafiəsinin gücləndirilməsi, bərpa vasitələri ilə təchizatı, onlara avtomaşın və mənzillərin verilməsi istiqamətində işlər davam etdirilmişdir. Sizin tapşırığınıza əsasən əlillərə paylamaq üçün respublikaya 404 ədəd “Oka” markalı avtomobil gətirilmişdir. Əlil və şəhid ailələri üçün 2006-cı ildə 434 mənzil, 2007-ci ildə 943 mənzil tikilib istifadəyə verilmişdir. 2008-ci ildə daha 1103 əlil və şəhid ailəsinin mənzillə təmin olunacağı proqnozlaşdırılır.

Möhtərəm cənab Prezident!

Sizin siyasi kursunuza uyğun olaraq, beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətimizi daha da genişləndiririk. İstər beynəlxalq təşkilatlar, istərsə də xarici ölkələrin aidiyyəti dövlət qurumları ilə inkişaf etdirdiyimiz əlaqələr qarşımızda yeni-yeni imkanlar açır. İl ərzində İtaliya, Almaniya, Türkiyə, Rusiya, İsveç, Macarıstan və Filippinin aidiyyəti orqanları ilə müxtəlif sahələrdə əməkdaşlığa dair müvafiq prosedur sənədləri imzalanmışdır.

Nazirliyin institusional potensialının gücləndirilməsi məqsədi ilə sosial sahədə yeni layihələrin hazırlanması üçün Dünya Bankı ilə razılıq əldə edilmişdir. Bu layihə nazirliyin bütün struktur bölmələrində müasir dövrün tələblərinə uyğun islahatların aparılmasını nəzərdə tutur.

Möhtərəm Prezident, çıxışımın sonunda Sizi əmin edirəm ki, əhalinin sosial rifahının və həyat səviyyəsinin durmadan yüksəlməsi üzrə müəyyən etdiyiniz vəzifələrin layiqincə icra olunması üçün bütün potensialımızı səfərbər edəcəyik.

Diqqətinizə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb