ƏMƏK ZƏDƏSİ ÜZRƏ BORCLAR ÖDƏNİLİR
Dövlət Sosial Müdafiə Fondundan AZƏRTAC-a bildirmişlər ki, fondun yerli orqanları ilə dövlət müəssisələri arasındakı üşləşmə aktları əsasında 3,1 milyard manat məbləğində sosial ödənişlər üzrə borclar müəyyənləşdirilmişdir.
Əmək zədəsi üzrə ödəniləcək məbləğin 1,8 milyard manatı Sumqayıtdakı, qalan hissəsi isə Bakıda yerləşən dövlət müəssisələrinin payına düşür.