ƏMMANIN KRALİÇA ALİA BEYNƏLXALQ HAVA LİMANINDA QARŞILANMA
Əmman, 12 oktyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığına rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və İordaniyanın dövlət bayraqları ilə bəzədilmiş Əmmanın Kraliça Alia Beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı İordaniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.
Mehriban xanıma gül dəstəsi təqdim edildi.
######
