“Ən yaxşı təqdimat” müsabiqəsinə başlanılır
Bakı, 24 fevral, AZƏRTAC
Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqə region və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil ediləcək.
Şagirdlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək elektron formada müraciət edə bilərlər.
Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin region mərhələsində iştirak üçün yerli təhsili idarəetmə qurumları tərəfindən dəvət ediləcəklər.
Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.
Qeyd edək ki, müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum gününün 102-ci ildönümü ilə əlaqədar, Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.
Qeydiyyatla bağlı hər hansı çətinliklə üzləşən vətəndaşlar +994 51 206 78 48 nömrəsinə vatsap üzərindən yazaraq müraciət edə bilərlər.
Müsabiqəyə qeydiyyat və qaynar xətt martın 4-ü saat 11:00-dək aktiv olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [20:03]
Azərbaycanlı alim beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
- 02.06.2026 [19:59]
Agentlik: 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb
- 02.06.2026 [17:17]
“Tarixin uşaq izləri” muzeydə: keçmişə səyahət
- 02.06.2026 [16:57]
Ədəbiyyat İnstitutunun əməkdaşı Prezident təqaüdünə layiq görülüb
- 02.06.2026 [16:37]