Ənənəvi Braziliya karnavalı başlayıb
Bakı, 1 mart, AZƏRTAC
Braziliyada ənənəvi karnaval start götürüb.
AZƏRTAC xəbər verir ki, ümumxalq bayramında ölkənin, demək olar, bütün sakinləri iştirak edirlər. Lakin ən irimiqyaslı və rəngarəng bayram tədbirləri Braziliyanın mədəni paytaxtında - Rio-de-Janeyroda keçirilir.
Bu günlər Braziliyaya milyonlarla xarici turist axışır.
Samba məktəbinin müsabiqə-paradı karnavalın mərkəzi hadisəsidir. Rəsmi açılış mərasimindən xeyli əvvəl şəhərin prospekt, bulvar və meydanlarında maskarad-parad başlayır. Bu yürüşü “küçə karnavalı” da adlandırırlar. Arzu edən hər kəs küçə şənliklərinə qatıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]