Əqli Mülkiyyət Agentliyi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülüb.
Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi, o cümlədən tabeliyində olan qurumlarının əməkdaşları könüllü qaydada əməkhaqqı fondundan Silahlı Qüvvələrə Yardım Fonduna 35 min manat ianə edib.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, bundan əlavə, Agentliyin İdarə Heyətinin qərarı ilə işğalda olan torpaqlarımızın düşməndən azad edilməsinə dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna Agentliyin göstərdiyi xidmətlər nəticəsində əldə etdiyi vəsait hesabına 100 min manat məbləğində vəsait köçürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [10:53]
Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:26]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]