ELM VƏ TƏHSİL
Ərəb KİV-ləri muzey əməkdaşının Ulu Öndərə həsr etdiyi məqaləsini yayımlayıb
![Ərəb KİV-ləri muzey əməkdaşının Ulu Öndərə həsr etdiyi məqaləsini yayımlayıb](/files/2023/2/1200x630/16867511494686653159_1200x630.jpg)
Bakı, 14 iyun, AZƏRTAC
Misir, Suriya, İraq və Əlcəzair KİV-lərində Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri professor Nərgiz Əliyevanın xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yazdığı “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı məqaləsi yayımlanıb.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “Əl-aləm əl-arabi”, “Əl-Hərir”, “Agnaden” və s. mətbuat orqanlarında yayılan məqalədə müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasəti sayəsində ölkəmizin bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də inkişafa nail olunduğu qeyd edilir. Diqqətə çatdırılır ki, məhz Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində respublikamızda mədəniyyət sahələrində, o cümlədən muzey işində tərəqqi baş verib, mütəxəssis kadrlar yetişib. Heydər Əliyev Azərbaycanda və xaricdə görkəmli ədib və şairlərimizin təbliğinə diqqət yetirib, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin yubileylərinin təntənəli şəkildə ölkəmizdə qeyd edilməsinə nail olub. Məqalədə bildirilir ki, hazırda bu nəcib işi Prezident İlham Əliyev uğurla yerinə yetirir. Həmçinin müəllif məqalədə Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın xalqımızın mənəvi-mədəni dəyərlərinin qorunmasında və təbliğində göstərdiyi xidmətləri barədə məlumat verib.