Ərəbistanlı heykəltaraş Quran surələrini 30 mərmər plitə üzərinə həkk edib
Bakı, 16 iyul, AZƏRTAC
Səudiyyə Ərəbistanından olan heykəltaraş Xusban Ben Əhməd al-Anizi 30 mərmər plitə üzərinə “Qurani-Kərim”in surələrini həkk edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, heykəltaraş bu işə ümumilikdə səkkiz il vaxt sərf edib.
“Hər şey 20 il bundan qabaq, mənim zəngin ərəb dilinə olan marağımdan başlayıb. Əvvəlcə doğma şəhərim Təbukda çıxan iri qranit daşları üzərində Quran surələrini yazırdım. Həqiqətən bizim region tarix boyu yüksək sənət axtarışında olan dahi rəssamları ilhamlandırıb”, - deyə heykəltaraş bildirib.
Qeyd edək ki, “Qurani-Kərim”in mətnini hazırlamaq üçün al-Anizi yaşıl mərmər daşlardan istifadə edərək üzərində müqəddəs kitabın bütün 114 surəsini Osmanlı imperiyasının xəttatlıq üslubunda həkk etdirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:56]
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib
- 16.10.2026 [14:51]
Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO
- 16.10.2026 [14:30]
Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO
- 16.10.2026 [11:14]
Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO
- 16.10.2026 [11:12]