Erməni faşizmi Xocalıda misli görünməmiş soyqırımı törətmişdir
Bakı, 26 fevral (AZƏRTAC). XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, yürüşdə iştirak edən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşı Samir Poladov bildirmişdir ki, tarix boyu azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirən, etnik təmizləmə aparan təcavüzkar erməni millətçilərinin törətdikləri Xocalı qətliamı bəşər tarixinə öz dəhşətli anları ilə möhürlənmiş soyqırımı hadisəsidir. Xocalıda mülki əhalinin planlı şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlar göstərir ki, həmin gün əhalinin qaçıb qurtarmaq istəyən xeyli hissəsi ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişdir.
Xalqımızın məruz qaldığı faciələr, o cümlədən Xocalı soyqırımı Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində dünya ictimaiyyəti tərəfindən tanınacaq, münaqişə beynəlxalq hüquq normalarına uyğun olaraq, sülh yolu ilə ədalətli həllini tapacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]