Ermənilərin Xocalıda törətdikləri faciə bütün bəşəriyyətə qarşı dəhşətli cinayətdir
Bakı, 26 fevral (AZƏRTAC). Bu gün yüz minlərlə azərbaycanlı öz doğma yurdundan didərgin düşmüşdür. Ermənilərin Xocalıda törətdikləri faciə təkcə Azərbaycana qarşı deyil, bütün bəşəriyyət əleyhinə yönəlmiş dəhşətli cinayətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda keçirilən ümumxalq yürüşündə iştirak edən paytaxt sakini Zal Mehdiyev demişdir.
Yürüş iştirakçısı bildirmişdir ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Məhz ulu öndərin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]