Azərbaycan Dövlət İnformasiya Agentliyi

Erməniliyin süqutu qaçılmazdır - Açıqlama

Erməniliyin süqutu qaçılmazdır -  Açıqlama

Bakı, 26 iyul, AZƏRTAC

Şuşa Qlobal Media Forumunun açılış mərasimində müxtəlif ölkələrdən gəlmiş jurnalistlərin suallarını cavablandırarkən erməni faşizminin işğal olunmuş ərazilərdə, o cümlədən də Şuşa şəhərində insan zəkasına sığmayan dağıntılara yol verməsini Prezident İlham Əliyev necə böyük həssaslıqla tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bu vəhşilik əslində tarixən erməniliyin mahiyyətini müəyyənləşdirən keyfiyyətlərdən biridir.

İşğal dövründə Şuşanın qadağan edilmiş zona olduğunu söyləyən dövlətimizin başçısı bununla bağlı Forumda demişdi: “Şuşa şəhərinə hələ bəzi xariciləri buraxırdılar, amma Ağdam, Füzuli bölgələrinə heç kimi buraxmırdılar. Çünki gələn adam hər şeyi görəcəkdi. Amma indi hər şey göz qabağındadır və bu, bir daha göstərir ki, biz hansı tarixi nəticə əldə etmişik. Biz təkcə Ermənistanı məğlub etmədik, biz erməni faşizminin belini qırdıq. Biz erməni xalqını demək olar ki, bu bədəməllərdən xilas etdik”.

Çoxsaylı şahid ifadələrindən də elmi-tarixi araşdırmalardan məlumdur ki, Birinci Dünya müharibəsinin gedişində xislət baxımından həmtay olduqları hamilərinin köməyi ilə erməni silahlı dəstələri Osmanlı Türkiyəsində nəzarət altına aldıqları ərazilərdə də daşı-daş üstündə qoymamış, həmin ərazilərdəki türk yaşayış məntəqələrini yerlə-yeksan etmişdilər. Bu “təcrübə” sonradan dəfələrlə Azərbaycanda da tətbiq edildi. İşğaldan azad edilmiş yerlərdə mövcud olan hazırkı mənzərə də həmin “təcrübə”nin özlərini dünyaya mədəniyyətin beşiyi kimi sıramağa çalışan ermənilərin “bəşəri” fəaliyyətinin daha bir nümayişidir.

Bu fikirlər ehtiyatda olan polkovnik, Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru Mehman Süleymanovun “Erməniliyin süqutu qaçılmazdır” adı məqaləsində yer alır.

AZƏRTAC məqaləni təqdim edir.

Korlaşmış zehniyyətləri ilə erməni millətçiləri faşist ideyaların həyata keçirilməsi üçün ən təcavüzkar üsul və əməllərə əl atmağa hazır olduqlarını uzun illərdən bəri ortaya qoyublar. Elə indi də onlar yalnız erməniliyə məxsus olacaq bu adətlərindən əl çəkmirlər. Bu günlərdə sosial mediada ötəri də olsa belə məsələyə toxunuldu ki, ölkəmizə qarşı işğalçılıq siyasətində fiaskoya uğrayan erməni millətçiləri və revanşistləri Qarabağ məsələsində çıxış yolu tapmaq üçün indi də öz soydaşlarına qarşı terror tətbiq etməklə günahı Azərbaycan tərəfinin üzərinə atmaq istəyirlər. Bununla da azərbaycanlılarla birgəyaşayışın ermənilər üçün mümkün olmadığını dünyaya nümayiş etdirməyə çalışırlar. Tarixə müraciət göstərir ki, bu “üsul” da erməniliyin sınanmış metodlarından biridir. Öz cəfəng iddialarına tərəfdar tapmaq üçün ermənilər dünyanın bəlkə də yeganə millətidir ki, həmtayfadaşlarını qətlə yetirməklə onların ölüsündən kütləvi təbliğatın əsaslandırılması üçün istifadə edirlər. Ermənilərin bu tarixi “təcrübəsinin” ilk sınaqları Birinci Dünya müharibəsinin Osmanlı cəbhəsində aparılıb. Bu barədə ABŞ tarixçiləri Castin Makkarti ilə Karolin Makkartinin birgə araşdırmasının nəticəsi olan “Türklər və ermənilər” kitabında (Bakı, 1996-cı il) maraqlı məlumatlar vardır. İnternetdən asanlıqla əldə edilməsi mümkün olan həmin kitabın 25-ci, 29-cu, 30-cu və 32-ci səhifələrindəki məlumatlardan da görünür ki, Türkiyə ərazisində öz məqsədlərinə çatmaq üçün erməni millətçiləri soydaşlarının öldürülməsinin təşkili və bundan təbliğat məqsədi ilə yararlanılması kimi vasitələrə də əl atırdılar.

Ermənilər Qarabağda təxribat törətməklə diqqəti Azərbaycanın tərkibində olmağın mümkünsüzlüyü məsələsinə yönəltmək istəyirlər

Erməni millətçiləri öz soydaşlarının qətliamını törətməklə günahı qarşı tərəfə atmaq təcrübəsini Azərbaycanda da dəfələrlə sınaqdan keçiriblər. Məsələn, 1905-ci ildə Şuşa erməniləri kütləvi şəkildə əhalinin qırılmasına diqqəti cəlb etmək üçün bu “təcrübəyə” də müraciət etmişdilər. Belə ki, daşnak millətçiləri tarixi xislətlərinə uyğun olaraq 1905-ci il avqustun 5-də bir ermənini qətlə yetirdilər. Hadisələrin şahidi olan Mirzə Rəhim Fəna danışırdı ki, avqustun 16-da günorta vaxtı bir neçə erməni silahlısı İrəvan darvazasından bayıra çıxaraq Qaladərədən olan bir ermənini atəşə tutdu. M.R.Fənaya görə həmin silahlılar məqsədyönlü şəkildə qətlə yetirdikləri erməninin cəsədini şəhərə apardılar və onu müsəlmanların öldürdüyü barədə dad-fəryad qoparmağa başladılar. Onlar hay-haray qaldırdılar ki, guya müsəlmanlar kütləvi şəkildə hücuma keçməklə erməniləri qanına qəltan ediblər. Bununla da erməni məhəlləsinin sakinləri silahlarını çəkərək müsəlmanlara qarşı qırğınlara başladılar.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə də ermənilər bu “təcrübəni” sınaqdan keçirməkdən əl çəkmədilər. Onlar müxtəlif təxribatlarla qurban verdikləri soydaşlarından azərbaycanlılara qarşı kütləvi təbliğatın qızışdırılmasında ustalıqla faydalandılar. Bölgədə olmuş ingilis jurnalisti Skotland Liddel hələ o vaxtlar öz yazılarında vurğulayırdı ki, təbliğat aparmaq işində ermənilər böyük məharətə malikdirlər. O haqlı olaraq yazırdı ki, bu zaman ermənilər bir etnik toplum kimi təzyiqlərə məruz qaldıqları barədə hay-küy qaldırır və öz millətçiliklərinin qurbanı olan erməni itkilərindən təbliğat kampaniyasının aparılmasında istifadə edirdilər. S.Liddel çox dəqiqliklə müşahidə edə bilmişdi ki, erməni ölüsü millətçi erməni təbliğatı üçün çox qiymətli materialdır və bu kampaniyanın aparılmasına çox böyük fayda verə bilər.

1988-ci ilin fevralında Sumqayıtda yaradılmış iğtişaşlar da haqqında danışılan klassik erməni dəst-xətinin təzahürü idi. Qarabağın Azərbaycandan qoparılması istiqamətində dünya ictimaiyyətinin, Avropa və ABŞ siyasi qüvvələrinin dəstəyini cəlb etmək üçün erməni millətçiləri belə geniş anti-Azərbaycan təbliğatına əl atdılar. Həmin günlərdə çirkin niyyətlərinə çatmaq üçün ermənilər azərbaycanlılar arasında yaşayan öz soydaşlarını qurban verməkdən belə çəkinmədilər. Bunun nəticəsi idi ki, milliyyətcə erməni olan Eduard Qriqoryan Sumqayıtdakı qarışıqlıqlar zamanı beş ermənini qətlə yetirib, bir neçə erməni xanımını isə kütlə qarşısında zorlamışdı.

Belə xislətin sahibi olan erməni təcavüzkarlarının Qarabağda öz soydaşlarının həyatına qəsd etməklə Azərbaycan tərkibində olmağın mümkünsüzlüyü məsələsinə dünyanın diqqətini yönəltmək cəhdi heç də istisna deyildir. Çünki erməni millətçiləri üçün Qarabağda girova çevirdikləri sadə ermənilərin həyatı, hüquq və təhlükəsizliyi elə də ciddi dəyər təşkil etmir. Onların qarşısında dayanan əsas vəzifə Azərbaycan torpaqlarının zəbt olunmasıdır. Bunun üçün isə ermənilər insan zəkasına sığmayan hər cür çirkinliklərə getməyə də hazırdırlar. Amma yalnız ermənilik üçün xas olan belə üsullarla Azərbaycana təzyiq göstərmək də qeyri-mümkündür. Bunu Prezident İlham Əliyev Şuşa Forumundakı öz qətiyyətli mövqeyi ilə bir daha nümayiş etdirdi. Ermənilər və havadarları bundan nə qədər tez nəticə çıxarsalar bir o qədər onların xeyrinə olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib