Ermənistan prezidenti yeni Baş qərargah rəisini təyin etməkdən boyun qaçırıb
Bakı, 11 mart, AZƏRTAC
Ermənistan prezidenti Armen Sarkisyan Artak Davtyanı Baş qərargahın yeni rəisi vəzifəsinə təyin etməkdən imtina edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Artak Davtyan 2018-2020-ci illərdə Baş qərargaha başçılıq edib. 2020-ci ilin iyul-noyabr aylarında respublikanın Hərbi Sənaye Komitəsinin sədri vəzifəsində çalışıb, beşinci ordu korpusunun komandanı olub. Onun martın 10-dək Onik Qasparyanın tutduğu vəzifəyə təyinatı barədə baş nazir Nikol Paşinyan vəsatət irəli sürüb.
Bu mövqe Ermənistanın hökumət başçısı ilə ordu rəhbərliyi arasında mübahisə mövzusudur. Eyni zamanda, Baş qərargah rəisinin təyinatını respublika prezidenti təsdiq etməlidir. Armen Sarkisyan isə öz növbəsində fərmanın layihəsini etirazlarla birgə Nazirlər Kabinetinə geri qaytarıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]