Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan səfiri Londondakı gənclərimizin sərt etirazı ilə qarşılaşıb

Bakı, 3 aprel, AZƏRTAC

Londonun Queen Mary Universitetində (QMUL) təhsil alan erməni tələbələrin “Dağlıq Qarabağ: 2020 müharibəsindən sonra vəziyyət” mövzusunda təşkil etdikləri tədbirdə azərbaycanlı tələbələr və gənclər Ermənistanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Varujan Nersesyana sərt etiraz ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, Britaniya Azərbaycanlı Gənclər Hərəkatının təsisçisi Qasım Qurbanov bildirib ki, səfir Varujan Nersesyanın, anti-Azərbaycan mövqeyi ilə tanınan baronessa Kerolayn Koksun, ingilis tarixçisi və konfliktoloqu Lourens Broyersin iştirakı ilə görüş təşkil ediləcəyindən bir həftə öncə xəbər tutublar.

Tələbələrimiz QMUL rəhbərliyinə rəsmi müraciət edərək, bir ay öncə mediada adı antiislam yönümlü beynəlxalq təşkilatlardan rüşvət almaqda hallandırılan baronessa Koksun bu görüşdə iştirak etməsinin qeyri-mümkün olduğunu vurğulayıblar. Eyni zamanda, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi olmadığı üçün tədbirin adının dəyişdirilməsini tələb edərək, informasiya balansının təmin olunması məqsədilə Azərbaycan səfirinin də görüşə dəvət olunmasını və dialoq aparılmasını təklif ediblər.

“Baronessa Koksun görüşdən kənarlaşdırılmasına nail olsaq da, digər tələblərimiz cavabsız qaldı. Ona görə də bütün tələbələrimiz bir araya gələrək, həmin görüşə qatıldılar”, - deyə soydaşımız bildirib.

Onun sözlərinə görə, görüşdə 70-80 nəfərdən ibarət müxtəlif ölkələrin vətəndaşları, tələbələr, professor-müəllim heyəti və media mənsubları iştirak ediblər.

Öncə çıxış edən professor Lourens Broyer bu mövzuda guya tərəfsizliyini və qərəzsizliyini nümayiş etdirmək istəyib, amma “humanitar böhran” iddiasını dilə gətirməklə ermənipərəst olduğunu sübut edib.

Azərbaycanlı iştirakçıları görən Ermənistan səfiri “Artsax”, “Şuşi” kəlmələrindən istifadə etməkdən çəkinsə də, Dağlıq Qarabağın Azərbaycan ərazisində yerləşdiyini göstərən xəritədən istifadə etsə də, onun Qarabağ münaqişəsi, İkinci Qarabağ müharibəsi və Xankəndidə “humanitar böhran” barədə dezinformasiya xarakterli çıxışı azərbaycanlı tələbələrin etirazına səbəb olub.

“Ermənilərin təxribata əl atmasına yol verməmək üçün bütün gənclərimizlə əvvəlcədən özümüzü soyuqqanlı aparacağımız, deyilənlərə sakit qulaq asıb suallarımızı verəcəyimiz barədə razılaşmışdıq. Amma səfir II Qarabağ müharibəsində Azərbaycan tərəfindən Suriyadan gələn muzdluların vuruşduğunu deyəndə, özümü saxlaya bilmədim. Yerimdən ingilis dilində səfirə “İnsanlara yalan danışmayın! Heç bir zaman olmayan və sübut edə bilməyəcəyiniz iddiaları söyləməyin! Erməni təbliğatını burada yaymaq olmaz” söylədim”, - deyə Qasım Qurbanov bildirib.

Maraqlısı odur ki, tədbirin mühafizəçisi erməni moderatorun öz ölkəsinin mənafeyini müdafiə edən azərbaycanlı gənci auditoriyadan çıxarmaq tələbini yerinə yetirməkdən imtina edib. “Bu məqamda erməni moderatorun üzünün nə günə düşdüyünü mən həyatım boyu unutmaram”, - deyə soydaşımız vurğulayıb.

Tədbirin sual-cavab hissəsində erməni moderatorun bütün cəhdlərinə baxmayaraq, Britaniya Azərbaycanlı Gənclər Hərəkatının təsisçisi erməni səfirinə 3 sual ünvanlaya bilib.

Onun ilk sualı belə olub: “Siz 8 il prezident Serj Sarkisyanın köməkçisi olmusunuz. Prezidentinizin sözlərini xatırlatmaq istəyirəm. “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırdıq” sözlərini Sarkisyan Tomas de Vaala deyib. Əvvəllər heç bir vaxt bu, təkzib olunmayıb. Prezidentiniz bunu dediyi üçün artıq təəssüflənirsiniz, yoxsa 2020-ci ilin payızındakı 44 günlük müharibə nəticəsində sizin ədəbsiz ritorikanız da məhv edilib?”

Daha sonra Ermənistan səfirinə “Siz çıxışınızda Helsinki Paktını xatırlatdınız, beynəlxalq hüquqdan danışdınız, hansısa “millətin” öz müqəddəratını təyin etmək hüququndan söz açdınız. Elə təəssürat yaranır ki, siz hamınız məsumsunuz və beynəlxalq hüquq tərəfdarısınız. Siz bunu da 2020-ci ildən sonra yada salmısınız? Yoxsa 30 il ərzində hər il bunu sizə kimsə xatırladırdı? O zaman BMT-nin 4 qətnaməsinin icrası haradadır? Zəngəzur dəhlizinin açılması haradadır? Beynəlxalq müqavilələr niyə yerinə yetirilmir?” sualı ünvanlanıb.

Soydaşımızın “Siz öz ölkənizi humanist şəkildə təqdim etmək istəyirsiniz, mən sizə belə fürsəti verəcəyəm. Ermənistan rəhbərliyi ötən əsrin son illərində Zəngəzurdan deportasiya olunmuş 300 min azərbaycanlı qaçqını qəbul etməyə hazırdırmı? Prezident İlham Əliyev Qarabağdakı Azərbaycan vətəndaşları olan ermənilərin, respublikanın bütün vətəndaşları kimi, konstitusion hüquqları ilə təmin olunacağını bəyan edib. Ermənistan rəhbərliyi Zəngəzurdan olan azərbaycanlı qaçqınlara bütün hüquqları verməyə hazırdırmı?” sualı səslənəndə tədbir iştirakçıları Ermənistan səfirinin haqlı suallara cavab verə bilmədiyinə şahid olub.

Erməni moderator gənc soydaşımızı növbədənkənar suallar verməkdə ittiham etmək istəyəndə gənc soydaşımızın “Siz haqsız olduğunuz üçün mənim suallarımdan qorxursunuz. Haqq sizin tərəfinizdə olsaydı, heç zaman məni susdurmağa cəhd göstərməzdiniz. Mən də mədəni şəkildə suallarımı ünvanlayar, səfiriniz də cavab verərdi. İndi siz haqqın səsini susdurmaq istəyirsiniz” cavabı ilə qarşılaşıb.

Qasım Qurbanov hətta Ermənistan səfiri ilə kameranın önündə deyil, universitet daxilində tet-a-tet görüşmək təklifini də qəbul edib. “Səfir mənə yaxınlaşanda gülə-gülə “siz müxalifətdənsiniz?”, - deyə soruşdu. “Ona “yalnız dövlətimin düşmənlərinə müxalifəm” söyləyəndə, səfir kiminlə üz-üzə gəldiyini anladı. Söhbət zamanı 20 il ən yüksək vəzifələrdə çalışmış 50 yaşlı şəxsin təcrübəli diplomat olmadığı qənaətinə gəldim. Danışığımız elə səviyyəyə çatdı ki, erməni səfir “Qarabağ Azərbaycandır!” söyləmək və ermənilərin yalan danışdıqlarını etiraf etmək məcburiyyətində qaldı”, - deyə soydaşımız əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraq ABŞ qüvvələrinin əsas qərargahını təhvil alıb

Tarixçi alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb