Ermənistanda koronavirusa yoluxanların sayı 54 minə çatır
Tbilisi, 7 oktyabr, AZƏRTAC
Ermənistanda koronavirusa yoluxma kütləvi hal alıb. Təkcə son sutka ərzində Ermənistanda 672 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə COVID-19 virusuna yoluxanların sayı 53 min 755 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan səhiyyə nazirliyinin xəstəliklərə nəzarət və onların profilaktikası milli mərkəzi məlumat yayıb.
Pandemiya qurbanlarının sayı 995-ə çatıb, onların da 5-i son sutka ərzində ölüb.
Mərkəzin məlumatına görə, hazırda ölkədə 7348 aktiv koronavirus xəstəsi var.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]