Ərzurum Texniki Universitetində BDU-nun professoru Arif Səlimova həsr olunmuş simpozium keçirilir
Bakı, 18 iyul, AZƏRTAC
Türkiyənin Ərzurum Texniki Universitetində Bakı Dövlət Universitetinin (BDU) Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Riyaziyyat və mexanika üzrə Ekspert Şurasının sədri, professor Arif Səlimova həsr olunmuş XXI Beynəlxalq Həndəsə Simpoziumu keçirilir.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
BDU da daxil olmaqla 5 universitet tərəfindən dəstəklənən simpoziumda dünyanın müxtəlif ölkələrindən olan 100-ə yaxın alimin məruzəsi dinləniləcək.
Professor Arif Səlimov konfransın açılışının plenar məruzəsini edib. Məruzə holomorf funksiyaların köməyi ilə tapılmış yeni lift siniflərinə həsr olunub.