Estoniya Prezidentinin İƏİT-in Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb
Tallinn, 3 oktyabr, AZƏRTAC
Estoniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) səfiri Klayd Kull Estoniya Prezidenti Kersti Kalyulaydın İƏTİ-nin Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsinə dair sənədləri təqdim edib.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, Estoniya Prezidenti bununla bağlı mövqeyini və düşüncələrini oktyabrın 5-də virtual olaraq təşkil olunacaq tədbirdə bölüşəcək.
Estoniya Prezidenti Kersti Kalyulayd müstəqilliyin bərpa edilməsindən bu yana − 30 il ərzində Estoniyanın bir çox genişmiqyaslı, sürətli və uğurlu islahatlar apardığını, ilk həqiqi rəqəmsal dövlət yaratdığını və İƏİT-nin də təsdiq etdiyi kimi, dünyanın ən yaxşı təhsil sistemlərindən birini təkmilləşdirdiyini söyləyib.
“Yaxın onillikdə qarşılaşacağımız çətinliklərə hazır olmaq məqsədilə bu təcrübəni İƏİT-də tətbiq etmək istəyirəm”, - deyə ölkə başçısı qeyd edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]