Estoniya Xarici İşlər naziri “Baltik üçlüyü”nün fəaliyyətini yenidən bərpa etməyə çağırıb
Riqa, 1 oktyabr, AZƏRTAC
Estoniyanın Xarici İşlər naziri Urmas Reynsalu Latviyaya rəsmi səfəri çərçivəsində Latviya Prezidenti Eqils Levits, parlamentin spikeri İnara Murnietse və Baş Nazir Edqars Rinkeviç ilə görüşüb.
AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, estoniyalı nazir Urmas Reynsalu keçirilən görüşlərdə “Baltik üçlüyü”nün fəaliyyətini yenidən bərpa etməyə, başqa sözlə desək, Baltikyanı ölkələr arasında hərəkət məhdudiyyətlərinə vahid yanaşmağa və COVID-19 ilə bağlı epidemioloji vəziyyətin imkan verdiyi təqdirdə bu məhdudiyyətlərin yumşaldılması barədə razılığa gəlməyə çağırıb.
İclaslarda hər iki tərəf xarici siyasət məsələlərinə xüsusi diqqət yetirib. Xüsusilə, Latviyanın 2026-2027-ci illərdə iki il müddətinə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlük əldə etmək istəyi müzakirə olunub.
Görüşlərdə, həmçinin Dağlıq Qarabağdakı vəziyyət də müzakirə edilib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]