Estoniyada son sutkada koronavirusa 1181 nəfər yoluxub
Tallin, 9 mart, AZƏRTAC
Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 1181 nəfər artaraq 76 min 183-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 988 min 77 nəfər müayinə olunub.
Departamentin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 5 min 496 nəfərdən götürülən testlərin 1181-nin nəticəsi müsbət çıxıb.
Ölkədə ümumilikdə COVID-19-dan 667 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə rəsmi rəqəmlərə əsasən 55 min 641 nəfər təşkil edir.
Estoniyada koronavirusa yeni yoluxma hallarının artacağı istisna olunmur. Hökumət əhalini sanitar normalara riayət etməyə çağırır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]