“Exit-poll”un ilkin nəticələrinə görə, rusiyalıların 71,2 faizi dəyişikliklərə “hə” deyib
Moskva, 2 iyul, AZƏRTAC
Rusiyada Konstitusiyaya dəyişikliklərə dair səsvermə başa çatıb.
AZƏRTAC xəbər verir ki, “exit-poll”un ilkin nəticələrinə görə, rusiyalıların 71,2 faizi ölkənin ali qanununa dəyişiklikləri dəstəkləyib. Səs verənlərin 28,3 faizi bu dəyişikliklərə qarşı çıxıb.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırda protokolların 30 faizi hesablanıb. Nəticədə səs verənlərin 74,1 faizinin dəyişikliklərə tərəfdar olduğu müəyyən edilib.
Seçici fəallığı təxminən 65 faiz təşkil edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]