ƏZİZBƏYOV RAYONUNDA SEÇİCİLƏR VƏMÜŞAHİDƏÇİLƏR BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏNRAZI QALMIŞLAR
14 saylı Əzizbəyov 2-ci seçki dairəsinin əhatə etdiyi 5 məntəqə normal rabitə, elektrik enerjisi və avadanlıqla tam təmin olunmuş, seçicilərin sərbəst səs verməsi üçün hər cür şərait yaradılmışdır. 13 namizədin mübarizə apardığı bu dairədə adları seçici siyahılarına daxil edilmiş 5836 seçicidən ilkin məlumtlara görə, 2121 nəfəri və ya onların 36,3 faizi səsvermədə iştirak etmişdir.
14 saylı seçki dairəsi dairə seçki komissiyasının sədri Mütəllim Balaqardaşov bildirmişdir ki, seçki prosesində heç bir qanun pozuntusu müşahidə olunmamışdır.
24 saylı seçki məntəqəsinin sədri Dilşad Əsgərovanın verdiyi məlumata görə, məntəqədə səsvermə mütəşəkkil keçmişdir, heç bir qanun pozuntusu baş verməmiş, yazılı şikayət daxil olmamışdır.
25 saylı seçki məntəqəsinin sədri Şəhla Əliyevanın sözlərinə görə, qanunazidd hallara rast gəlinməmiş, səsvermənin bütün qaydalarına əməl olunmuşdur.
26 saylı seçki məntəqəsinin sədri Tahir Heydərov demişdir:
- Məntəqəmizdə siyahı üzrə 1415 seçici vardır. Onlar 13 nəfər namizədə səs vermişlər. Səsvermə sərbəst, ədalətli və şəffaf keçmişdir. Heç bir qanun qeydə alınmamışdır.
13 saylı Əzizbəyov 1-ci seçki dairəsində də seçkilər yüksək fəallıqla keçmişdir. Dairə seçki komissiyasının sədri Abbas Mövsümov bildirmişdir ki, Buzovna bələdiyyəsi üzrə 50 namizəd 15 yer uğrunda, Pirallahı bələdiyyəsi üzrə 24 nəfər 13 yer uğrunda mübarizə aparmışdır. O, seçkilərin gedişində mənfi hallara rast gəlinmədiyini, seçicilərin fəal iştirakını və seçkinin demokratik şəraitdə keçdiyini söyləmişdir. Seçkidə 24 min 598 seçicidən 9021 nəfəri (36,7 faiz) səsvermədə iştirak etmişdir.
Əzizbəyov rayonundakı bütün seçki məntəqələrində seçkiləri yerli və xarici müşahidəçilər izləmişlər.