Fabio Kannavaro “Əl-Nəsr” klubundan qovulub
Bakı, 12 fevral, AZƏRTAC
İtaliya futbolunun tanınmış siması Fabio Kannavaronun məşqçilik karyerasında işləri heç də yaxşı getmir.
AZƏRTAC “Əl-Nasr” klubunun rəsmi “twitter” səhifəsinə istinadla xəbər verir ki, klub rəhbərliyi 43 yaşlı mütəxəssislə müqaviləni pozmaq qərarına gəlib. Nəticədə Kannavaro baş məşqçi vəzifəsindən kənarlaşdırılıb.
Ötən ilin oktyabrından Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol komandasını çalışdıran Kannavaronun sözügedən klubla əməkdaşlığı cəmi 4 ay çəkib. Məlum olub ki, məhz komandanın uğursuz çıxışı rəhbərliyi italiyalı mütəxəssislə yolları ayırmaq məcburiyyətində qoyub. Bu, Kannavaronun ikinci uğursuz cəhdidir. Bundan əvvəl o, Çinin “Quanqjou Everqrand” komandasında da eyni aqibəti yaşayıb.
Qeyd edək ki, hazırda “Əl-Nasr” Səudiyyə Ərəbistanı çempionatında 16 turdan sonra altıncı pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]