Faiq Mütəllimov: Ötən il 300 kiloqrama yaxın işlənmiş batareya toplanıb
Bakı, 10 fevral, AZƏRTAC
Ötən ilin may ayından Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Qırmızı Ürəklər Fondu” ilə birlikdə “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi həyata keçirir. Bir çox marketdə, hətta banklarda istifadəyə yararsız batareyaların toplanması üçün qutular quraşdırılıb. Təkcə ötən il 300 kiloqrama qədər belə batareya toplanılıb və zərərsizləşdirilməsi üçün aidiyyəti üzrə təhvil verilib.
AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov nazirliyin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.
F.Mütəllimov batareyaların toplanması üçün 150-dən çox məntəqənin olduğunu da diqqətə çatdırıb.
Onun sözlərinə görə, şəbəkənin daha da genişləndirilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]