Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fazil Məmmədov: Stolüstü tennis Azərbaycanda inkişaf etmiş idman növləri sırasına qoşulur

Fazil Məmmədov: Stolüstü tennis Azərbaycanda inkişaf etmiş idman növləri sırasına qoşulur

Bakı, 26 dekabr, AZƏRTAC

Son illər Azərbaycanda idmanın sürətlə inkişaf edən növlərindən biri də stolüstü tennisdir. Azərbaycan stolüstü tennisçilərinin IV İslam Həmrəyliyi Oyunlarında qazandıqları nailiyyətlər ölkəmizdə idmanın bu növünün kütləviliyinin daha da artmasına böyük təkan verdi.

Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ilin yekunları, eləcə də stolüstü tennisçilərimizin uğurlu çıxışları barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

- Fazil müəllim, Azərbaycanda stolüstü tennisin inkişafı istiqamətində federasiya tərəfindən hansı işlər görülür?

- Azərbaycanda idmanın bütün növləri kimi, stolüstü tennisin də inkişafı üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. 2014-cü ilin fevralından Şahin Mustafayev Stolüstü Tennis Federasiyasına rəhbərlik edir. Federasiya işini İnkişaf planına müvafiq olaraq həyata keçirir. Plan üzrə əsas istiqamətlər kütləviliyin, mütəxəssislərin peşəkarlığının artırılması, yığma komandanın inkişafı, peşəkar klubların inkişafıdır. Bütün istiqamətlər üzrə kompleks tədbirlər həyata keçirilir. Yığma komandanın maddi-texniki bazası qısa vaxtda gücləndirilib. “Şüa” İdman Sağlamlıq Mərkəzində icarəyə götürülən zal tam komplektləşdirilərək idmançıların istifadəsinə verilib. Bundan əlavə, Sumqayıtda, Dənizkənarı Parkda müasir idman kompleksi tikilib.

Klub sistemini təbliğ etmək üçün Federasiyanın dəstəyi ilə “Qarabağ NN” Stolüstü Tennis İdman klubu təsis olunub. İlk dəfə olaraq yeniyetmələr arasında liqa çempionatlarına start verilib. Veteranlar arasında liqa çempionatına hazırlıq işləri davam etdirilir. Təqvim planına müvafiq olaraq hər il 30-dan yuxarı müxtəlif səpkili tədbirlər keçirilir.

- İdmanın bu növü üzrə son vaxtlar hansı nailiyyətlər əldə olunub? Məsələn, ötən ay Azərbaycan stolüstü tennisinin tarixində ilk dəfə olaraq 2018-ci ildə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanıldı. Bu uğuru necə qiymətləndirirsiniz? Oyunlara əlavə lisenziyanın qazanılmasını gözləyirsinizmi?

- Son illərə nəzər salsaq, idmançılarımız 2015-ci ildə beynəlxalq turnirlərdə üç qızıl, iki gümüş və üç bürünc, 2016-cı ildə iki gümüş və üç bürünc, bu il isə dörd qızıl, yeddi gümüş və altı bürünc medal qazanıblar. Bildiyiniz kimi, bir qız tennisçimiz 2018-ci il Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanıb. 2018-ci ildə Çexiyanın Xodonin şəhərində növbəti lisenziya oyunu keçiriləcək ki, bu yarışda da lisenziya qazanmağa iddialıyıq. Bu nəticələri çox yüksək qiymətləndirirəm. Bu, müstəqil Azərbaycanın stolüstü tennis idmanı tarixində ilk belə nəticələrdir.

- Ölkəmizdə yeniyetmə və gənclər arasında stolüstü tennisə maraq hansı səviyyədədir? Yeni idmançıların yetişdirilməsi istiqamətində nə kimi tədbirlər reallaşdırılır?

- Nailiyyətlərimiz artdıqca bu idman növünə maraq da artır. Kütləviliyin artırılması və bu idman növünə yeni idmançıların cəlb edilməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Hər ayın son şənbə günü Dənizkənarı Bulvarda, “28 Mall”, “Gənclik Mall” ticarət və əyləncə mərkəzlərində tennis festivalı təşkil olunur. Bu tədbirlərdə müxtəlif şoular, viktorinalar təşkil edilir ki, maraq göstərən izləyicilərə tennis topları, raketkaları hədiyyə edilir və tennislə məşğul olmaq üçün ünvanlar barədə bukletlər paylanılır.

Müxtəlif peşə sahibləri arasında da tennis yarışları təşkil olunur. Respublikanın 11 rayon və şəhərində 6-9 yaşında uşaqlarla məşğul olmaq üçün 30-a yaxın məşqçi-müəllimlərlə müqavilələr bağlanılıb.

Bundan başqa, beynəlxalq səviyyəli idmançıların və mütəxəssislərin hazırlanması, təlim-məşq proseslərinin daha səmərəli təşkili, peşəkarlıq səviyyələrinin artırılması, yığma komandanın gücləndirilməsi məqsədilə Çindən dəvət olunan məşqçi yeniyetmə, o cümlədən yığma komanda üzvləri ilə artıq fəaliyyətə başlanılıb.

- 2017-ci il başa çatır. Bu il ərzində Federasiyanın fəaliyyəti, idman yekunları ilə bağlı fikrinizi bilmək maraqlı olardı.

- İlin idman yekunlarından danışarkən qeyd etməliyəm ki, bu il idmançılarımız bir sıra ciddi uğurlar qazanıblar. Belə ki, fevralın 8-12-də Çexiyada 36 ölkədən 301 idmançının iştirak etdiyi açıq çempionatda oğlanların şəxsi oyunlarında idmançılarımız bir qızıl və bir gümüş medala sahib olublar. Fevralın 15-19-da 27 ölkədən 205 idmançının qatıldığı Fransa açıq çempionatında şəxsi oyunlarda bir qızıl, komanda hesabında isə qızlarımız qızıl, oğlanlarımız gümüş medala layiq görülüblər.

Bundan başqa, fevralın 22-24-də İsveç Orebro şəhərində keçirilən, 38 ölkədən 320 idmançının iştirak etdiyi açıq çempionatda qızların şəxsi oyunlarında komandamızın aktivinə bir bürünc, qoşa yarışlarda isə bir gümüş medal yazılıb.

Fevralın 24-26-da İsveçdə gənclər arasında 45-ci Safir Beynəlxalq turnirində şəxsi oyunlarda 18 yaşlı idmançıların mübarizəsində qızlarımız şəxsi yarışda ikinci yeri tutublar. Oğlanlarımız isə üçüncü yerə çıxıblar. Bu yarışda 21 yaşlı idmançılar arasında qızların şəxsi mübarizəsində iki təmsilçimiz bürünc medal qazanıb.

Stolüstü tennisçilərimiz il ərzində ən mühüm nailiyyətlərdən birini Bakıda yüksək səviyyədə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında əldə ediblər. İslamiadada stolüstü tennisçilərimiz iki gümüş və iki bürünc medal qazanıblar.

Bundan başqa, iyulun 14-24-də Portuqaliyanın Gimaraeş şəhərində 44 ölkədən 520 atletin iştirak etdiyi gənclərin Avropa çempionatında qızların şəxsi yarışında Azərbaycan idmançısı qızıl medal qazanaraq çempion olub. Stolüstü tennisçilərimiz qoşa yarışlarda ikinci, komanda yarışlarında isə üçüncü yeri tutaraq bir bürünc medal qazanıblar.

İlin sonuncu yarışında - noyabrın 3-6-da Xorvatiyanın Split şəhərində keçirilən Olimpiya Oyunlarının Avropa təsnifat turnirində qız idmançımız 2018-ci ildə Buones-Ayresdə təşkil olunacaq Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

- Sonuncu sualımız planlarla bağlıdır. Azərbaycanda stolüstü tennis üzrə hər hansı irimiqyaslı turnirin keçirilməsi nəzərdə tutulubmu?

- Stolüstü tennis üzrə ilk dəfə ölkəmizdə 2015-ci ildə Avropanın ən güclü idmançıları arasında “Top-16” turniri təşkil olunub. Bu yarışda Avropanın 17 ölkəsindən idmançılar iştirak ediblər.

Qarşıdakı yarışlara gəldikdə, gələn il ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə stolüstü tennis üzrə beynəlxalq turnirin keçirilməsi planlaşdırılır. Ümid edirik ki, tennisçilərimiz bu turnirdə mühüm uğur qazanacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır