FEDERAL KANSLER ŞRÖDER, PREZİDENT ŞİRAK VƏ BAŞ NAZİR ƏRDOĞAN BERLİNDƏ GÖRÜŞMÜŞLƏR
Kansler Şröder və Prezident Şirak Türkiyənin Avropa Birliyinə daxil olması yolunda atdığı addımları, həyata keçirdiyi demokratik islahatları təqdirəlayiq hesab etdiklərini bildirmiş və bəyan etmişlər ki, Türkiyəyə dost olan hər iki dövlət bu ölkənin Avropa Birliyinə üzvlüyə qəbul olunması istiqamətində dəstək və səylərini əsirgəməyəcəklər.
Məsləhətləşmələr başa çatdıqdan sonra hər üç tərəfin iştirakı ilə “Türkiyə Hava Yolları”na 36 ədəd aerobus təyyarəsinin satılması barədə saziş imzalanmışdır. Türkiyə Baş nazirini bu münasibətlə təbrik edən Gerhard Şröder və Jak Şirak vurğulamışlar ki, təyyarələrin satışı barədə müqavilənin imzalanmasının özü də Türkiyənin Avropa Birliyinə daxil olmasına zəmin yaradacaq amillərdən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]