Federasiya prezidenti: Azərbaycan güləşi hər zaman yüksək səviyyədə olub
Zrenyanin, 11 mart, AZƏRTAC
Azərbaycan güləşi hər zaman yüksək səviyyədə olub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Serbiya Güləş Federasiyasının prezidenti Damir Sabiç deyib.
O, Azərbaycan güləşçilərinın çox güclü olduğunu bildirib: "Düşünürəm ki, Zrenyanin şəhərində təşkil edilən U-23 Avropa çempionatında da yaxşı nəticələr əldə edəcəksiniz. Favorit komandaya gəlincə, indiyə qədər olan nəticələr göstərir ki, ruslar öndədir. Dünən və srağagün onlar 5 final və 5 yarımfinal hüququ qazanıblar. Yəni, indiyə qədər bu turnirdə ən yaxşı nəticəni ruslar göstəriblər".
D. Sabiç Serbiya güləşi barədə də danışıb: "Bizim böyüklərdən ibarət komandaya yeni qoşulan gənclər də var. Bu yarışda böyük uğurlar gözləmirik. Amma irəliləyişin olacağına inanırıq".
Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.
Müxbir: Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]