Fələstin: Qəzzada sülhməramlılar yalnız BMT-yə tabe olmalıdır
Bakı, 17 noyabr, AZƏRTAC
Fələstin qrupları, o cümlədən HƏMAS, Qəzza zolağında sülhməramlı qüvvələrin yalnız BMT-yə tabe olmalı olduğunu bildirir. Əks halda, onlar işğalçı qüvvələrə çevrilə bilərlər. AZƏRTAC xəbər verir ki, bu barədə müvafiq bəyanat HƏMAS-ın teleqram kanalında dərc olunub.
“Biz inanırıq ki, istənilən beynəlxalq qüvvələr BMT-yə tam tabe olmalı və yalnız Qəzzada Fələstinin dövlət qurumları ilə koordinasiyada fəaliyyət göstərməlidir”, - deyə bəyanatda deyilir.
Fraksiyaların nümayəndələri, həmçinin Qəzzada fəaliyyət göstərən silahlı qrupların tərksilah edilməsinə və anklavda xarici hərbi bazaların yaradılmasına qarşı çıxıblar. HƏMAS və müttəfiqlərinin iddiasına görə, bu addımlar Qəzza zolağının “suverenliyinin birbaşa pozulması” kimi qiymətləndiriləcək.
Qeyd edək ki, noyabrın 17-də BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ilə bağlı ABŞ-ın hazırladığı qətnamə layihəsinə səs verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [16:05]
Rubio: Hörmüzdən neft daşımaları 60-70 faiz bərpa olunub
- 22.09.2026 [15:45]
Yunanıstan süni intellekt sahəsində ABŞ nəhəngləri ilə danışıqlar aparıb
- 22.09.2026 [15:44]
Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
- 22.09.2026 [15:34]
Aİ-nin neft idxalının dəyəri ikinci rübdə 56 faizədək artıb
- 22.09.2026 [15:32]
Başqırdıstanda ticarət mərkəzində yanğın zamanı üç nəfər ölüb
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]